Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-05-2024 , 21:36

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Məişət zorakılığına həsr olunan tədbir Hacı Zeynalabdin Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib

17 may 2024-cü il tarixində Sumqayıt şəhər 19 saylı tam orta məktəbində Hacı Zeynalabdin Bələdiyyəsi “Gender komissiyası”nın təşkilatçılığı ilə “Məişət zorakılığı və gendər əsaslı zorakılığa yox deyək və onunla birgə mübarizə aparaq!” adlı tədbir keçirilib.

Tədbirdə Hacı Zeynalabdin Bələdiyyəsinin və Gender komissiyasının Sədri Əsli Qasımova, Qəsəbə ağsaqqallar şurasının sədri Arif Qafarov və şuranın üzvləri, 7 saylı ailə sağlamlıq mərkəzinin baş həkimi Vüsalə Cavadzadə, bələdiyyə üzvləri və qulluqçuları, qəsəbə axundu Behcət Əfəndiyev çıxış ediblər.

Çıxış edənlər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və demək olar ki, məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, cinsi şiddət, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğu diqqətə çatdırıblar.

Dinləyicilərə məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2010-cu il tarixli qanunu barədə də məlumat verilib. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Dinləyicilərə məişət zorakılığı ilə qarşılaşdıqları təqdirdə müraciət edə biləcəkləri orqanlarla bağlı məlumat da verilib. Bələdiyyənin inzibati binasında məişət zorakılığına məruz qalan və ya bu kimi hallara şahid olan, aidiyyatı orqanlara vaxtında müraciət etməyə çəkinən vətəndaşlar üçün xüsusi qutu yerləşdirilib. Həmin qutuya məktubları daxil edən şəxslərin anonimliyi qorunub saxlanılacaq. Məktublara bələdiyyənin daimi komissiyası tərəfindən baxılaraq Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq halların qarşısının alınması məqəsədilə yaradılan monitorinq qrupu və hüquq mühafizə oraqanları ilə birgə lazimi tədbirlər görüləcəkdir. Tədbirdən sonra qəsəbə sakinləri və şagirdlər ilə onların qarşılaşdığı problem və çətinliklər baradə söhbətlər aparılıb, onların təklif və istəkləri dinlənilib.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər